Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb Bakı. 3 sentyabr. REPORT.AZ/ Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
3 Sentyabr , 2018 13:34
Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Babək rayonun Nehrəm kəndi ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 1-də Babək rayonunun Nehrəm kənd sakini Fazil Həsənov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən həmkəndlisi Əfsanə Məmmədovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Babək rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi