Bakı. 18 avqust. REPORT.AZ/ Naxçıvan sakini tapdığı tapançanı polisə təhvil verib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kəngərli rayon sakini Elvin Mikayılov tapdığı “Makarov” markalı tapançanı könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis Şöbəsinə təhvil verib.