​Natiq Kərimov apellyasiya şikayəti verməyəcək

​Natiq Kərimov apellyasiya şikayəti verməyəcək O, özünü təqsirli hesab etməyib
Hadisə
8 Yanvar , 2016 10:20
​Natiq Kərimov apellyasiya şikayəti verməyəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.

Bu barədə "Report"a N.Kərimovun vəkili bildirib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki qərardan Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyəcəklərini deyib. Onun sözlərinə görə, N.Kərimov məhkəmədə özünü təqsirli hesab etməyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar Natiq Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi