Natiq Cəfərli apellyasiya şikayəti verib

Natiq Cəfərli apellyasiya şikayəti verib Şikayətə yaxın günlərdə baxılacaq
Hadisə
9 Sentyabr , 2016 15:00
Natiq Cəfərli apellyasiya şikayəti verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə "Report"a vəkil Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib, şikayətə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, sentyabrın 6-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinir. 

Son xəbərlər

Orphus sistemi