Bu il Azərbaycanda narkotik satan 11 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub

Bu il Azərbaycanda narkotik satan 11 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib.
Hadisə
16 Mart , 2022 09:57
Bu il Azərbaycanda narkotik satan 11 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran, 1-i Rusiya, 3-ü Türkiyə vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

Son xəbərlər

Orphus sistemi