Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Hadisə
20 Dekabr , 2021 15:57
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xızı rayon sakini Zamin Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şabran rayonu ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də avtomobildə olan sərnişinlər Elxan Abbasov və Ceyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb.

Həmin şəxslər RPŞ-nə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi