Narkotikə görə tutulan şəxsin 3 avtobusdan oğurluq etdiyi məlum olub

Narkotikə görə tutulan şəxsin 3 avtobusdan oğurluq etdiyi məlum olub Bakı. 27 fevral. REPORT.AZ/ Sumqayıtda üzərində narkotik maddə daşıyan şəxsin daha bir neçə cinayət törətdiyi məlum olub.
Hadisə
27 Fevral , 2019 12:27
Narkotikə görə tutulan şəxsin 3 avtobusdan oğurluq etdiyi məlum olub
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ Sumqayıtda üzərində narkotik maddə daşıyan şəxsin daha bir neçə cinayət törətdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində “İsuzu” markalı bir avtobusdan fevralın 11-də 30 manat, fevralın 22-də isə 40 manat, habelə fevralın 12-də digər “İsuzu” markalı avtobusdan 30 manat oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi