​Narkotik satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub

​Narkotik satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub Əmir Dəmirov 7 il, Əli Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Aprel , 2016 11:03
​Narkotik satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əmir Dəmirov və Əli Zeynalovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Dəmirov 7 il, Ə.Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs ötən il metronun "20 Yanvar" stansiyası yaxınlığında saxlanılıb. Ə.Dəmirov və Ə.Zeynalovun üzərində aparılan axtarış zamanı 2.826 qram qurudulmamış marixuana aşkarlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi