Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə
11 Mart , 2022 08:59
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi