Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 14-nə təyin edilib
Hadisə
10 Mart , 2017 17:03
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 14-nə təyin edilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. Azırbaycan dövləti Riyad Əliyevi İnterpol xətti ilə axtarışa verib.

Son xəbərlər

Orphus sistemi