Yuxarı

Narkotik vasitələri saxlamaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Mikayıl Cəbrayıl oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a M.Məmmədovun vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, M.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilib.

Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 234.1-ci n (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Bu il aprel ayının 20-də Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə M.Məmmədova 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. CM-nin 67.1-ci (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 26.05.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 1 il müddətinə azadlıqdan məhrumetmə hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüqqundan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunubb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi