Yuxarı
    Bağlamaq

    Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

    Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1968-ci il təvəllüdlü Rövşən Məmmədov, 1978-ci il təvəllüdlü Anar Məhərrəmov və 1982-ci il təvəllüdlü Ramin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    “Report”un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib.

    Qeyd edək ki, R.Məmmədov, A.Məhərrəmov və R.Mirzəyev Cinyət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi