​Narkotik vasitələr satan şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

​Narkotik vasitələr satan şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib Hüseynbaba Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Oktyabr , 2015 11:14
​Narkotik vasitələr satan şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Hüseynbaba Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Kərimov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi