İranla sərhəddə narkotik vasitələr aşkarlanıb

İranla sərhəddə narkotik vasitələr aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Avqust , 2016 15:35
İranla sərhəddə narkotik vasitələr aşkarlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi