​Narkotik ticarətində şübhəli bilinən 51 yaşlı azərbaycanlı tutulub

​Narkotik ticarətində şübhəli bilinən 51 yaşlı azərbaycanlı tutulub Onu 20 ilədək həbs cəzası gözləyir
Hadisə
18 Mart , 2015 08:12
​Narkotik ticarətində şübhəli bilinən 51 yaşlı azərbaycanlı tutulub

Bakı. 18 mart. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətində narkotik ticarətində şübhəli bilinən azərbaycanlı tutulub. Saxlanılan zaman 51 yaşlı kişinin üzərində 1,6 kq. həşiş olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin region üzrə İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, həmyerlimiz Çeremuşki mikrorayonunda saxlanılıb. Onun üzərinə baxış zamanı içərisində 17 briket həşiş olan iki paket aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik maddələri satmağı planlaşdırdığını etiraf edib.

Həmyerlimiz 2000-ci ildə Krasnoyarsk vilayətinin Lenin rayon məhkəməsi tərəfindən xüsusi iri həcmdə narkotik vasitə saxlamaqda ittiham olunaraq dörd il müddətinə azadlıqdan məhrum edilib.

İndi isə narkotiki satmaq cəhdinə görə onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi