​Narkotik satmaqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

​Narkotik satmaqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib İşə Ali Məhkəmədə baxılacaq
Hadisə
28 Aprel , 2016 16:49
​Narkotik satmaqda təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kazım Abbasov, Oktay Cabbarov və Fərid Kərimov barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ilkin qərardan kassasiya şikayəti veriblər.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hər üç şəxs 2015-ci ildə narkotik maddə satarkən polis əməkdaşları tərəfindən saxlanıb. Onların üzərinə baxış keçirilərkən külli miqdarda narkotik maddə götürülüb.

K.Abbasov, O.Cabbarov və F.Kərimov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

2016-cı il yanvar ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Abbasov 12 il, O.Cabbarov 11 il və F.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi