​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclas mayın 31-nə təyin edilib
Hadisə
17 May , 2016 10:04
​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 17 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Çingiz Abbasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclas mayın 31-nə təyin edilib.

Qeyd edək ki, Ç.Abbasov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparılarkən narkotik maddə aşkarlanıb. Ç.Abbasov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (narkotik, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ç.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi