Yuxarı

​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Elçin Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyev Bakı şəhəri Xətai rayonu ərazisində 20 kq narkotiklə saxlanılıb. O, ilkin ifadəsində narkotik tərkibli bitkini tanışları ilə birgə Oğuz rayon ərazisindən topladığını bildirib. E.Əliyevin sözlərinə görə, Akif adlı tanışı ona narkotiki Bakıya gətirməyi, yerdə qalan məsələləri isə özünün həll edəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi