Bakıda narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub Zaur Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
13 Oktyabr , 2015 16:15
Bakıda narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Zaur Tofiq oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Əliyev Cinayət Məcəlləsinin 234.1( narkotik maddələrin qanunsuz dövriyyəsində) ittiham olunub.

Son xəbərlər

Orphus sistemi