Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub Fəxrəddin Qalacovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
7 Oktyabr , 2016 12:39
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkıməsində qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Fəxrəddin Qalacovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəminin hökmü ilə F.Qallacov 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Qallacov polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən külli kiqdarda qurudulmuş marixuana aşkarlanıb.

O, Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi