Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 İyul , 2016 16:09
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Heydər Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə bir nəfərin narkotik maddə satmaq istəməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə yollanıb.

Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirən polis əməkdaşları 2,5 kiloqramdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edib. Dindirmə zamanı H.Məmmədov narkotik maddəni “8-ci kilometr bazarı” yaxınlığında Seymur adlı həmyerlisindən aldığını bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi