Narkotik maddə satan şəxsə hökm oxunub

Narkotik maddə satan şəxsə hökm oxunub Fikrət Jivadyarov 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 Sentyabr , 2015 11:46
Narkotik maddə satan şəxsə hökm oxunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fikrət Jivadyarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən F.Jivadyarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fikrət Jivadyarov Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə təqsirləndirilib.

Son xəbərlər

Orphus sistemi