Bakı. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakinindən narkotik maddə götürülüb.
"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Vüqar Həsənağa oğlu Həmidovdan 480 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.