Narkotik cinayətlərini kimlər törədir? - STATİSTİKA

Narkotik cinayətlərini kimlər törədir? - STATİSTİKA 2020-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət törətmiş şəxs müəyyən edilİb
Hadisə
16 Fevral , 2021 12:12
Narkotik cinayətlərini kimlər törədir? - STATİSTİKA

2020-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət törətmiş şəxs müəyyən edilİb.

"Report” xəbər verir ki, bu şəxslərin 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.

Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,0 faizini qadınlar təşkil edir.

Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Son xəbərlər

Orphus sistemi