Narkotik alverində təqsirləndirilən iş adamının məhkəməsində vəkil və polis rəisi ifadə verəcək

Narkotik alverində təqsirləndirilən iş adamının məhkəməsində vəkil və polis rəisi ifadə verəcək Proses dekabrın 9-na qədər təxirə salınıb
Hadisə
6 Dekabr , 2016 14:45
Narkotik alverində təqsirləndirilən iş adamının məhkəməsində vəkil və polis rəisi ifadə verəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə heyəti təqsirləndirilən şəxsin ötən həftə dünyasını dəyişən oğlunun vəfatı ilə bağlı başsağlığı verib.

Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub.

Proses dekabrın 9-dək təxirə salınıb.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov "Report"a bildirib ki, ötən məhkəmə iclasında vəsatətlə çıxış edib. O deyib ki, müvəkkili Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxılanılarkən istintaqda müdafiəçisiz ifadəsi alınıb: "Həmin ifadədə isə vəkilin imzası var. Xahiş etdik ki, həmin vəkil məhkəmədə dindirilsin. Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi Əliaslan Ağayevin məhkəmədə dindirilməsini istədik. Hər iki vəsatət təmin edildi. Bugünkü prosesdə isə onlar məhkəməyə gəlmədilər. Növbəti iclasda onlar məhkəmədə ifadə verəcəklər".

Qeyd edək ki, N.Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

N.Əliyevin 20 yaşlı oğlu Asim Əliyev ötən həftə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi