Bakıda narkotik alverçilərinə ümumilikdə 28 il yarım həbs cəzası verilib

Bakıda narkotik alverçilərinə ümumilikdə 28 il yarım həbs cəzası verilib Prosesdə hökm oxunub
Hadisə
8 Yanvar , 2016 15:52
Bakıda narkotik alverçilərinə ümumilikdə 28 il yarım həbs cəzası verilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Kazım Abbasov, Oktay Cabbarov və Fərid Kərimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Abbasov 12 il, O.Cabbarov 11 il və F.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər üç şəxs 2015-ci ildə narkotik maddə satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən külli miqdarda narkotik maddə götürülüb.

Son xəbərlər

Orphus sistemi