Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Azərbaycandan ekstradisiya edilib

Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Azərbaycandan ekstradisiya edilib O, Azərbaycan və Belarus hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti sayəsində saxlanılıb
Hadisə
14 Oktyabr , 2016 15:27
Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Azərbaycandan ekstradisiya edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Bakıdan Minskə ekstradisiya edilib.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, adı açıqlanmayan cinayətkarı 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının versiyasına görə, psixotrop maddələr iki internet-mağaza vasitəsilə satılıb. Əvvəllər artıq narkotik alverinə görə məhkum həyatı yaşayan 30 yaşlı Belarus vətəndaşı gizlilik prinsipləri əsasında mütəşəkkil dəstəyə rəhbərlik edib.

O, Azərbaycan və Belarus hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti sayəsində Azərbaycanda saxlanılıb.

Qeyd edək ki, mütəşəkkil qrupun artıq 20-dən çox üzvü psixotrop maddələrin satışı üzrə törətdikləri cinayətlərə görə məhkum edilib. Amma iş ilə bağlı şübhəlilərin sayının çox olması nəticəsində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi