Yuxarı

İnzibati xəta törətməyən narkomanlar da psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomaniya xəstəliyinə düçar olan şəxslər psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər. "Report"un məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.

Qanuna təklif edilən yeni dəyişiklikdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar barəsində də məcburi tədbirlər tətbiq edilən şəxslərin sırasına əlavə edilib. Belə ki, yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.

Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixiatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi