Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı
"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzdə tibb bacısı işləyən Leyla Məmmədova ifadə verib.
O qeyd edib ki, təqsirləndirilən şəxslərdən M.Məmmədovu tanıyır.
L.Məmmədova söyləyib ki, M.Məmmədov Mərkəzdə müalicə olunan zaman onun vəziyyəti yaxşı deyildi, çox ağır xəstə olub: "Həkimlər onu müayinə edib, evə buraxırdılar, lakin Məhəmməd yenə geri qayıtdı. O, həmişə ailəsindən şikayət edirdi. Axır vaxtlar xəstələrlə də danışmırdı. Hətta Məhəmməd özünə qapanmışdı".
Şahid bildirib ki, hadisə günü növbəli rejimdə işlədiyi üçün yanğın barədə ertəsi gün xəbər tutub.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.