Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib - YENİLƏNİB

Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib - YENİLƏNİB Meyitlər tanınmaz halda olduğundan, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil
Hadisə
2 Mart , 2018 11:02
Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “morq”a 24 nəfərin meyiti gətirilib - YENİLƏNİB
Report

Bakı. 2 mart. REPORT.AZ/ Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) baş çəkiblər.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “morq” gətirilən meyitlər tanınmaz halda olduğundan, hələlik ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

“Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.


*** 10:43

Bakı. 2 mart. REPORT.AZ/ Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

Bu barədə “Report”a Anatomiya Birliyindəki mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.

Müxbir: İsmayıl Nəsibli, Nurlan Məmmədov

Son xəbərlər

Orphus sistemi