Narkoloji Mərkəzdə müalicə olunan şəxs: "Yanğın zamanı palatadan özümüzü birtəhər çölə atdıq"

Narkoloji Mərkəzdə müalicə olunan şəxs: "Yanğın zamanı palatadan özümüzü birtəhər çölə atdıq" Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Dekabr , 2018 17:28
Narkoloji Mərkəzdə müalicə olunan şəxs: Yanğın zamanı palatadan özümüzü birtəhər çölə atdıq
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rəşad İmanov ifadə verib.

Üç dəfə Mərkəzdə müalicə olunduğunu deyən R.İmanov bildirib ki, sonuncu dəfə yanğından bir həftə əvvəl xəstəxanaya gəlib.

O qeyd edib ki, hadisədən əvvəl palatada 3 nəfərlə birgə qalırmış: "Mən təqsirləndirilən Məhəmməd Məmmədovu ordan tanıyırdım. Həmin gün yanğın baş verəndə yatmışdım. Yuxudan oyananda tüstüdən başqa bir şey görmək mümkün deyildi. Palatadan özümüzü birtəhər çölə atdıq".

Daha sonra sualları cavablandıran R.İmanov yanğının başvermə səbəblərini bilmədiyini deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını vurğulayıb.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi