​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib

​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib Araşdırmalar davam etdirilir
Hadisə
11 Yanvar , 2016 17:28
​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni yaradılan 42-ci polis bölməsinin əməkdaşları artıq bir neçə əməliyyat keçirib.

“Report” xəbər verir ki, əməliyyat zamanı qəsəbə sakini, 1961-ci il təvəllüdlü İlqar Abdullayevdən 1 ədəd bıçaq götürülüb.

Digər bir əməliyyat zamanı isə qəsəbənin Ş.Tuti küçəsində yol kənarından 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, 1 ədəd süngü bıçağı və 19 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi