Yuxarı

​Nardaranda tutulanların əksəriyyətinin adı məlum olub - SİYAHI

Tutulanların hər biri barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Noyabrın 26-da, dekabrın 1-də və 2-də polisin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı tutulan şəxslərin əksəriyyətinin adı məlum olub.

"Report"un məlumatına görə, bunlar "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın sədri Bağırov Taleh Kamil oğlu, Cəbrayılov Rasim Mirzəbala oğlu, Hüseynov Abbas Məmmədbağır oğlu, Xudaverdiyev İbrahim Məhəmməd oğlu, İsmayılov Aqil Azər oğlu, İsmayılov Etibar Rasim oğlu, Tağızadə Abbas Hafiz oğlu, Quliyev Abbas Əbdülrəhman oğlu, Bünyatov Rasim Sərvər oğlu, Nuriyev Əli Həsrət oğlu, Vəliyev Əlibala Cavad oğlu, Cabbarov Cabbar Əmirxan oğlu, Yarıyev Ramin Məhərrəm oğlu, Ağayev Elmar Seydəmir oğlu, Bünyadov Eldar Əliağa oğlu, Şahbazov Atabala Şahbaz oğlu, Babayev Raci Abbasəli oğlu, Hüseynov Əli Hümət oğlu və Quliyev Mehman Əbülfəz oğludur.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (Terrorçuluğa açıq çağırışlar, bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb.

Tutulanların hər biri barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Nardaranda keçirilən əməliyyatlar zamanı 32 nəfər tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi