Yuxarı

Nardaranda şəhid olan polislər dəfn edilib - YENİLƏNİB - FOTO

Ramil Usubov, Zakir Qaralov, Mədət Quliyev dəfn mərasimində iştirak edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Nardaranda şəhid olan polislər - Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri xiyabanda dəfn olunub. “Report”un xəbərinə görə, dəfn mərasimində daxili işlər naziri general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini, nazir əvəzi general-leytenant Mədət Quliyev və başqaları iştirak edib.

Dəfn mərasimində yaylım atəşi açılıb, orkestrin ifasında matəm marşı səsləndirilib.

Qeyd edək ki, V.Nəsibov 40, İ.Tağıyev 38 yaşında şəhid olub.

*** 11:59

Bakıdakı ikinci Fəxri xiyabanda noyabrın 26-da Nardaranda şəhid olan polislərin dəfninə hazırlıq gedir. “Report”un xəbərinə görə, polislər – Vüqar Nəsibov və İsmayıl Tağıyev bir qədər sonra dəfn ediləcək.

V.Nəsibov 40, İ.Tağıyev 38 yaşında şəhid olub.

Dəfn mərasimində daxili işlər naziri general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini, nazir əvəzi general-leytenant Mədət Quliyev və başqaları iştirak edir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis şəhid olub, polislərə müqavimət göstərən 4 nəfər zərərsizləşdirilib, 14 nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi