Yuxarı

Nardaranda polis bölməsi yaradılır

Bu, Bakının 42-ci polis bölməsi olacaq

Bu, Bakının 42-ci polis bölməsi olacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində yeni polis bölməsi üçün inzibati bina tikilir.

"Report" xəbər verir ki, bu, Bakının 42-ci polis bölməsi olacaq.

Polis bölməsi Nardaran və qonşu qəsəbələrdə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılır.

İndiyədək qəsəbədə polis bölməsi olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsidir.

Hazırda Daxili Qoşunların qüvvələri qəsəbəyə nəzarət edir. Qəsəbənin mərkəzi meydanında park salınır, bəzi yollar genişləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi