Yuxarı

Nardaranda İTV-nin operatoruna xəsarət yetirilib, kamerası sındırılıb

Qəsəbədə vəziyyət gərgin olaraq qalır

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində vəziyyət gərgin olaraq qalır. “Report”un xəbərinə görə, hadisə yerində çəkiliş aparan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) operatoru döyülüb, ona xəsarət yetirilib. Bundan başqa, İTV-nin kamerası da sındırılıb.

Qeyd edək ki, bu gün polis Nardaranda əməliyyat keçirib. İki polis əməkdaşı həlak olub, cinayətkar dəstənin 4 üzvü öldürülüb. 14 nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi