Yuxarı

​Nardaranda evlərdən oğurluq edən beş nəfərlik dəstə saxlanılıb

Onların digər cinayətlər törətməsinə dair şübhələr də var

Bakı. 9 fevral. REPORT.AZ/ Nardaran qəsəbəsində evlərdən oğurluq edən beş nəfərlik dəstə saxlanılıb. "Report" xəbər verir ki, Ceyhun Nuriyev, Mehdi Kərimov, Murad Əbdülov, Rəsul Haşımov və Əbdüləli Babayev adlı şəxslər qəsəbədə bir neçə evə hasardan keçərək oğurluq etməkdə şübhəli bilinir.

Onlar 2015-ci ildən etibarən Nardaran qəsəbə sakinlərinin həyətindən dəfələrlə oğurluq ediblər. Həmin şəxslər qəsəbə sakini Sona Kazımovanın həyətindən 6 ədəd meyvə ağacı, qəsəbə sakini Həmid Bağırovun həyətindən dəmir borular və Şövqi Dadaşovun evindən məişət əşyaları oğurlayıblar.

Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi