Yuxarı

Nardaranda bağ evlərinin birində çətənə kolları aşkarlanıb

Əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçirib

Bakı. 16 iyun. REPORT.AZ/ Nardaranda bağ evlərinin birində yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi