Nardaranda Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarının qeyri-qanuni məhdudlaşdırıldıqları müəyyənləşdirilib

Nardaranda Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarının qeyri-qanuni məhdudlaşdırıldıqları müəyyənləşdirilib Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
3 May , 2016 10:57
Nardaranda Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarının qeyri-qanuni məhdudlaşdırıldıqları müəyyənləşdirilib

Bakı. 3 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

"Report"un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi