Bakı. 9 yanvar. REPORT.AZ/ Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Digər məlumata görə isə aparılmış profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.