Nardaran sakininin torpaqda silah-sursat basdırdığı müəyyənləşib

Nardaran sakininin torpaqda silah-sursat basdırdığı müəyyənləşib Faktla bağlı cinayət işi başlanıb
Hadisə
17 Dekabr , 2016 11:55
Nardaran sakininin torpaqda silah-sursat basdırdığı müəyyənləşib

Bakı. 17 dekabr. REPORT.AZ/ Nardaran qəsəbə sakininin torpaqda silah-sursat basdırdığı müəyyən edilib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilib və həmin silah-sursat torpaqdan çıxarılaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi