Nardaran sakininin torpağa basdırdığı silah aşkar edilib

Nardaran sakininin torpağa basdırdığı silah aşkar edilib Nardaran sakinindən torpağa basdıraraq gizlətdiyi silah aşkar edilib.
Hadisə
2 aprel 2019 08:03
Nardaran sakininin torpağa basdırdığı silah aşkar edilib
0 : 00
0 : 00

Nardaran sakinindən torpağa basdıraraq gizlətdiyi silah aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticəsində Nardaran qəsəbəsi sakini Taleh Xudaverdiyev saxlanılıb. 

Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi