Nardaran sakininin evində silah-sursat aşkarlanıb

Nardaran sakininin evində silah-sursat aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
9 May , 2017 11:56
Nardaran sakininin evində silah-sursat aşkarlanıb

Bakı. 9 may. REPORT.AZ/ Nardaran sakininin evindən silah-sursat aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparalır.

Son xəbərlər

Orphus sistemi