Nardaran sakini həyətində narkotik maddələr olan bitkilər əkdiyini etiraf edib

Nardaran sakini həyətində narkotik maddələr olan bitkilər əkdiyini etiraf edib Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin olunub
Hadisə
18 Oktyabr , 2016 17:10
Nardaran sakini həyətində narkotik maddələr olan bitkilər əkdiyini etiraf edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan edib.

A.Soltanov özünü təqsirli bildiyini deyib. O, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini etiraf edib.

Daha sonra şahid və hal şahidləri ifadə veriblər.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Nardaran qəsəbə sakini A.Soltanov evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 ədəd narkotik kolu aşkarlanılıb.

A.Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi