Yuxarı
    Bağlamaq

    Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər

    Silahlardan biri AKM, digəri isə ov tüfəngidir

    Bakı. 23 aprel. REPORT.AZ/ Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunan Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi