​Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsə hökm oxunub

​Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsə hökm oxunub O, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 İyun , 2016 10:28
​Nardaran hadisələri ilə bağlı həbs edilən şəxsə hökm oxunub

Bakı. 1 iyun. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Abasəli oğlu Babayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, sonuncu prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən R.Babayev də saxlanılaraq istintaqa təqdim edilib.

R.Babayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Məhkəmənin çıxardığı hökmdən narazı qalan R.Babayev apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi