​Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib

​Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb
Hadisə
21 Dekabr , 2015 12:39
​Nardaran Ağsaqqallar Şurasının üzvü həbs edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb. “Report”un xəbərinə görə, Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi