Nardaran Ağsaqqallar Şurası sədrinin cinayət işi məhkəməyə göndərilir

Nardaran Ağsaqqallar Şurası sədrinin cinayət işi məhkəməyə göndərilir Natiq Kərimovun cinayət işi ilə tanış olub
Hadisə
22 Dekabr , 2016 15:13
Nardaran Ağsaqqallar Şurası sədrinin cinayət işi məhkəməyə göndərilir

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə "Report"a onun vəkili Əyyub Ələkbərov məlumat verib.

O bildirib ki, N.Kərimov və özü cinayət işinin materialları ilə tanış olmanı ötən gün başa çatdırıblar: "Müstəntiq cinayət işini hazırlayıb, bir-iki günə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi