Bakıda naməlum şəxs Tərtər sakinini bıçaqlayıb

Bakıda naməlum şəxs Tərtər sakinini bıçaqlayıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
20 İyul , 2016 17:37
Bakıda naməlum şəxs Tərtər sakinini bıçaqlayıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunun Moskva prospekti, ev 75 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Tərtər rayon sakini 1983-cü il təvəllüdlü Əkbər Nəsibova kürək nahiyəsindən bıçaqla xəsarət yetirib.

Ə.Nəsibov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi