Yuxarı

Naməlum şəxs Abşeron sakininin əlindəki pul dolu sellofan paketi quldurluqla alıb

Quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, rayon ərazisində yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşoker ilə vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb.

Qaradağ rayon Polis İdarəsi (RPİ) 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi